16 Oktyabr 2023 23:25
1 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İsrail Livanın “Hizbullah” qruplaşması və İranın potensial hücumlarına sərt cavab verəcək“.

Teleqraf.com xəbər verir ki, bu barədə oktyabrın 16-da İsrailin baş naziri Benyamin Netanyahu məlumat verib.

“Hizbullah”a da bir mesajım var: bizi şimalda sınamayın, bir dəfə etdiyiniz səhvi təkrarlamayın, çünki indi ödəməli olduğunuz bədəl daha yüksək olacaq”, - deyə o, Knessetin (parlament) qış sessiyasında açılış nitqində deyib.

Netanyahu həmçinin qeyd edib ki, Fələstin-İsrail eskalasiyası fonunda İsrail qüvvələri uzunmüddətli döyüşlər aparmağa hazırdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər