BMT Qəzza zolağının atəşə tutulmasını müharibə cinayəti adlandırıb.
Teleqraf.com xəbər verir ki, bu bəyanatla BMT-nin müstəqil beynəlxalq komissiyası çıxış edib.
Komissiya İsrailin Fələstin şəhərlərini qeyri-mütənasib şəkildə hədəf aldığını bildirib.
“İsrailin hücumları nəticəsində dəyən zərər və xəsarətlər hərbi mənfəətlə qeyri-mütənasib olub və buna görə də müharibə cinayəti təşkil edib”, - BMT komissiyası vurğulayıb.
Komissiya həmçinin fələstinli yaraqlıların İsraildəki hərəkətlərini də cinayət kimi tanıyıb.
Qeyd olunub ki, son məlumatlara görə, Anklav əhalisinin yarıdan çoxu evlərini tərk etməyə məcbur qalıb.