17 Oktyabr 2023 11:48
5 207
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zəmanət məsələsini müzakirə etməmişik, amma söhbət etdiyimiz tərəflərə bunu əsas ideya kimi təqdim edirik”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan ölkəsinin Qəzzaya sülhməramlı qüvvə göndərib-göndərməyəcəyi ilə bağlı suala cavab verərkən deyib.

Nazir məsələni İslam Əməkdaşlıq Təşkilatının (İƏT) toplantısında da gündəmə gətirəcəyini bildirib:

“Bu təklifdir. Daha yaxşı təkliflər olsa, bunları nəzərdən keçirəcəyik. Amma vacib olan bu böhranı bir fürsət kimi qəbul etmək və ikidövlətli həll prosesini həyata keçirmək üçün addımlar atmaqdır. Məqsəd regiona daimi sülh gətirməkdir”.

Fidan region ölkələrinin məsuliyyəti öz üzərlərinə götürməli olduğuna diqqət çəkib:

“Fələstinlilər arasında bu razılaşmaya zidd hərəkət edənlər varsa, bu ölkələr ortaya mövqe qoymalıdırlar”.

Türkiyənin baş diplomatı bəzi ölkələrin Fələstin, bəzilərinin isə İsrail adına qarant statusu alması ilə bağlı sualı cavablandırarkən söyləyib:

“Qarantiya məsələsi ilə bağlı əsas ideyanı, aktual sistematikanı təqdim edirik. Sistematika ayrıca müzakirə olunmalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər