İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağında əməliyyatın növbəti mərhələsinə hazırlaşır, amma Fələstin ərazisində quru əməliyyatının olacağı mütləq deyil.
Teleqraf.com xəbər verir ki, bunu SAXAL-ın sözçüsü Riçard Hext deyib.
“Biz müharibənin növbəti mərhələlərinə hazırlaşırıq. Bunların nə olacağını deyə bilmərik. Hamı quru hücumundan danışır. Başqa bir şey də ola bilər”, - Hext vurğulayıb.
O, HƏMAS-la müharibənin növbəti mərhələsinin nədən ibarət olacağını dəqiqləşdirməyib.