Almaniya Kansleri Olaf Şolz İsrailə səfər edib.
Teleqraf.com xəbər verir ki, Almaniya Kansleri Olaf Şolzu hava limanında İsrail xarici işlər naziri Eli Kohen qarşılayıb.
Kansler səfər çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahu, Prezident İsaak Hersoq və digər rəsmilərlə görüşəcək.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.