“HƏMAS-ın hücumu qurumumuzun uğursuzluğudur”.
Teleqraf.com xəbər verir ki, bunu İsrail Hərbi Kəşfiyyat İdarəsinin rəhbəri Aharon Haliva deyib.
“Bu 11 gün ərzində mən davamlı olaraq vurğuladım ki, müharibənin başlanması kəşfiyyat xidmətlərinin uğursuzluğudur. Qurum HƏMAS-ın planlaşdırdığı terror hücumu ilə bağlı xəbərdarlıq etməyib. Biz ən mühüm missiyamızı yerinə yetirə bilmədik və bir rəhbər kimi, mən bu uğursuzluğa görə tam məsuliyyət daşıyıram. Vəziyyəti ətraflı araşdırıb nəticə çıxaracağıq. İndi isə qarşımızda yalnız bir vəzifə var - mübarizə aparmaq və qalib gəlmək”, - o, bəyanatında vurğulayıb.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.