Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Braziliya Prezidenti Luiz İnasio Lula da Silva arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Danışıq zamanı İsrail və Fələstin arasındakı münaqişənin qarşısının alınması yolları müzakirə edilib.
Prezident Ərdoğan Qəzzaya humanitar yardımların göndərilməsi üçün konkret addımlar atılmasının vacibliyini bildirib. .