İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Daniel Haqari Qəzza zolağında xəstəxanaya edilən hücuma görə İslami Cihad qrupunun məsuliyyət daşıdığını bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
“Bir neçə mənbədən əldə edilən kəşfiyyat məlumatları göstərir ki, İslami Cihad Qəzza zolağındakı xəstəxananı vuran uğursuz raket atışına görə məsuliyyət daşıyır”, - Haqari deyib.
IDF Telegram kanalında yayılan mesaja görə, xəstəxanada dağıntıya terror təşkilatı tərəfindən uğursuz raket buraxılışı səbəb olub.