18 Oktyabr 2023 10:08
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

HƏMAS-ın İsrailə hücumu (oktyabrın 7-də) kollektiv cəzaya haqq qazandıra bilməz.

Teleqraf.com xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş deyib.

“HƏMAS-ın hücumları Fələstin xalqının kollektiv cəzalandırılmasına haqq qazandırmır”, - baş katib bildirib.

Quterreş bundan əvvəl Qəzzada yüzlərlə insanın öldüyü xəstəxananın bombalanmasını ad çəkmədən qınayıb. Fələstin baş verənlərə görə İsraili ittiham edir. İsrail isə partlayışın “İslami Cihad”ın uğursuz raket buraxılışı ilə əlaqələndirir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər