18 Oktyabr 2023 11:04
2 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qəzzada xəstəxananın vurulması Yaxın Şərqdə böyük müharibə planı müəlliflərinin növbəti uğurlu addımdır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.

“HƏMAS-ın İsrailə hücumunun ardınca Qəzzada xəstəxananın vurulması Yaxın Şərqdə böyük müharibə planı müəlliflərinin növbəti uğurlu addımdır. Tərəflərin bir-birini ittiham etməsi də təbiidir, çünki xəstəxananı kimin hədəfə alması onun arxasında duranı, başqa sözlə, müharibə planı müəllifini üzə çıxara bilər. İndi əsas məsələ oranın hansı silahla vurulduğunu təsdiq etmək üçün hadisə yerində müstəqil beynəlxalq ekspertlər tərəfindən monitorinqin aparılmasıdır. Belə bir monitorinqin həyata keçirilməsinə ən müxtəlif yollarla kim mane olacaqsa, deməli, xəstəxanaya zərbə endirən da olur”, - ekspert bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər