İran Prezidenti İbrahim Rəisi Qəzza şəhərində yüzlərlə insanın ölümünə səbəb olan xəstəxanaya hücuma görə İsraili ittiham edib.
Teleqraf.com xəbər verir ki, İran başçısı bu barədə X sosial şəbəkəsində yazıb.
“Qəzza zolağında Əl-Əhli Baptist xəstəxanasında yaralı fələstinlilərin başlarına düşən Amerika-İsrail bombalarının alovu tezliklə sionistləri yandıracaq. Bu hərbi cinayət qarşısında susmaq qəbuledilməzdir”, - Rəisi bildirib.