Fransanın altı regional hava limanı hücum təhlükəsi fonunda boşaldılıb.
Teleqraf.com xəbər verir ki, polis qüvvələri Lill, Lyon-Bron, Nitsa, Nant, Tuluza və Beauvais hava limanlarının boşaldıldığını bildirib.
Yerli hakimiyyət orqanları “X” sosial media platformasında Lion-Brondakı bomba təhdidinin yanlış həyəcan siqnalı olduğunu açıqlayıb.
Bu xəbərlərə görə “Air France-KLM”in səhmləri 6,2 faiz, Paris hava limanının operatoru isə 4,4 faiz dəyər itirib.