BMT Qəzza zolağında Əl-Əhli xəstəxanasına edilən hücumla bağlı öz araşdırmasını aparacaq.
Teleqraf.com xəbər verir ki, bunu CNN-ə açıqlamasında Ümumdünya Humanitar Məsələlər Təşkilatının baş katibinin müavini Martin Qriffits deyib.
"BMT şübhəsiz ki, öz təhqiqatını aparacaq. Bu, çox tez aparılmalıdır", - M.Qriffits bildirib.
Səfir, həmçinin əlavə edib ki, beynəlxalq humanitar hüquq mülki obyektlərə qarşı hava hücumlarını qadağan edir.