16 Yanvar 2015 14:33
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada “Çarli Hebdo” satirik jurnalının redaksiyasına və yəhudi mağazasına basqından sonra Parisdə 12 nəfər həbs edilib.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, polis saxlanılan şəxslərin hücumu təşkil edənləri silahla təmin etdiyini bildiriblər. Yayılan bəzi məlumatlara görə, saxlanılan şəxslər arasında türk əsilli fransız vətəndaşlar da var. Həmin şəxslər polisin Paris və ətraf şəhərlərə reydi zamanı ələ keçirilib.

Qeyd edək ki, yanvarın 7-də Parisdə "Charlie Hebdo" jurnalının redaksiyasına basqın nəticəsində 12 nəfər həyatını itirib.

Samir


Müəllif:

Oxşar xəbərlər