“Digər dövlətlərin İsrailə dəstək verməsi Fələstinlə müharibəyə yeni aktorların daxil olmasına səbəb ola bilər”.
Teleqraf.com xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Baqiri Rusiya müdafiə naziri Sergey Şoyqu ilə telefon danışığı zamanı deyib.
“İsrail rejiminin cinayətlərinin davam etməsi və bəzi ölkələrin birbaşa dəstək və yardımı vəziyyəti çətinləşdirib. Bu, digər aktorların da bu meydana daxil olmasına səbəb ola bilər”, - iranlı general bildirib.
Baqiri BMT-nin növbədənkənar iclas keçirməli və İsrailin əməliyyatları dayandırmalı olduğunu vurğulayıb.
Rusiya və İranın hərbi rəsmiləri söhbət zamanı münaqişədən zərər çəkənlərə yardım göstərmək üçün əməkdaşlıq etmək barədə razılığa gəliblər.