19 Oktyabr 2023 16:41
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Sergey Lavrov rusiyalı turistlərə Şimali Koreyada istirahət etməyi tövsiyə edib.

Teleqraf.com xəbər verir ki, Rusiyanın baş diplomatı oktyabrın 18-19-da Pxenyanda olacaq.

Lavrov bildirib ki, Rusiya ilə Şimali Koreya arasında münasibətlər keyfiyyətcə yeni, strateji səviyyəyə çatıb. Onun sözlərinə görə, bu, Rusiya Prezidenti Vladimir Putinlə Şimali Koreya lideri Kim Çen In arasında bu ilin sentyabrında baş tutan görüşdən sonra mümkün olub.

Rusiya xarici işlər naziri səfəri çərçivəsində Şimali Koreya lideri Kim Çen Inla da görüşüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər