Şotlandiya Qəzzadan olan qaçqınları (fələstinliləri) qəbul etməyə hazırdır.
Teleqraf.com xəbər verir ki, bunu Şotlandiya Baş naziri Həmzə Yusif deyib.
“Keçmişdə Şotlandiyada və Böyük Britaniyada insanlar Suriya, Ukrayna və bir çox başqa ölkələrdən gələnləri qarşılamaq üçün ürəyimizi və evlərimizi açdılar. Biz bunu bir daha etməliyik. Hazırda Qəzzadan olan 1 milyon köçkün var. Buna görə də bu gün mən beynəlxalq ictimaiyyəti Qəzza xalqı üçün dünya səviyyəli qaçqın proqramına əməl etməyə çağırıram”, - baş nazir bildirib.
Pakistan əsilli Həmzə Yusifin qayınanası və qayınatası da Qəzzada qapalı qalıb.