Böyük Britaniya İsraili beynəlxalq hüquqa uyğun olaraq özünü müdafiə etməkdə, HƏMAS-ın arxasınca getməkdə, gələcək müdaxilələrin qarşısını almaqda və uzunmüddətli təhlükəsizliyi gücləndirməkdə dəstəkləyir.
Teleqraf.com xəbər verir ki, bunu Britaniya Baş naziri Rişi Sunak Təl-Əvivdə israilli həmkarı Binyamin Netanyahu ilə görüşündə deyib.
“Fələstin xalqının da HƏMAS-ın qurbanı olduğunu anlayırıq. İsrailin ən qaranlıq anında sizin dostunuz kimi burada dayanmaqdan qürur duyuram. Biz sizinlə həmrəy olacağıq, xalqınızın yanında olacağıq və qalib gəlməyinizi istəyirik”, - Sunak bildirib.
Öz növbəsində Netanyahu qeyd edib ki, İsrail Britaniyanın dəstəyinə ehtiyac duyur, çünki bu, uzun müharibə olacaq.