Pakistan məhkəməsi keçmiş baş nazir Nəvaz Şərifin şənbə günü ölkəyə qayıdacağı dəqiqləşdikdən sonra onu həbs etməyə qadağa qoyub.
Teleqraf.com xəbər verir ki, bu barədə sabiq baş nazirin vəkili Əzəm Nazir Tarar məlumat verib.
Onun sözlərinə görə, Şərif girov müqabilində azadlığa buraxılıb, qərara əsasən, oktyabrın 24-də məhkəməyə gəlməsə, hakimiyyət onu həbs edə bilməz.
Şərif 2018-ci ildə özünü təqsirli bilmədiyi iki korrupsiya ittihamı ilə mühakimə olunub. 2019-cü ildə məhkəmə ona müalicə üçün Londona (İngiltərə) getməyə icazə verib.
Siyasətçi 2017-ci ildə bir sıra nüfuzlu generallarla mübahisə zəmnində hərbçilər və məhkəmə orqanları tərəfindən baş nazir postundan uzaqlaşdırıldığını iddia edib. Pakistan hökumətinə təsirlərinin olduğu bildirilən hərbçilər bunu inkar ediblər.
Tarar bildirib ki, Şərif getdiyi gündən bəri baxılmayan məhkumluq hökmləri ilə bağlı apellyasiya şikayətlərini izləyəcək və onların ləğv ediləcəyi və gələn ilin əvvəlinə təyin edilmiş seçkilərdə iştirak edə biləcəyi ümidi ilə hərəkət edəcək.
Nəvaz Şərifin kiçik qardaşı Şahbaz Şərif 2022-ci ildən bu ilədək baş nazir vəzifəsində olub, onun hökuməti erkən seçkilər ərəfəsində parlamentin buraxılmasından sonra müvəqqəti administrasiya ilə əvəzlənib.