13 May 2014 14:15
1 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Kiprlə bağlı Türkiyə əleyhinə qərarı Ankaranın kəskin etirazı ilə qarşılanıb.

Türkiyənin Xarici İşlər Nazirliyi AİHM-nin Kipr Sülh Əməliyyatı “Kıbrıs Barış Harekatı” səbəbi ilə Türkiyəyə qarşı 90 milyon avro məbləğində təzminat qərarına sərt münasibət bildirib.

Nazirlikdən verilən açıqlamada AİHM-nin haqqında danışılan qərarının hüquqi əsasının olmadığı qeyd olunub.

Türkiyənin xarici siyasət idarəsi bu məhkəmə qərarının Kipr probleminin həllinə kömək etməyəcəyini vurğulayıb.

Açıqlamada daha sonra qeyd olunub ki, Kiprin yunan kəsiminin adanın status ilə əlaqədar müzakirələrin intensivləşdiyi 2010-cu ildə məhkəməyə belə bir tələblə müraciət etməsi “xoş niyyətdən uzaq” davranışdır.

AİHM 1974-cü ilə həyata keçirilmiş Kipr Sülh Əməliyyatı ilə bağlı Türkiyənin 90 milyon avro təzminat ödəməsinə dair qərar qəbul edib.

Həmin məbləğin 30 milyonu 1974-cü il əməliyyatı zamanı həlak olan yunanların ailələrinə ödənməlidir.

Yerdə qalan 60 milyon avronun isə Şimali Kiprin Karpaz yarımadasında qalan 715 nəfər yunana verilməsi nəzərdə tutulur./gün.az/


Müəllif: