20 Oktyabr 2023 20:38
5 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya Baş naziri Corciya Meloni televiziyadakı çıxışı qalmaqal yaradan ərini bağışlamayıb.

Teleqraf.com xəbər verir ki, baş nazir həyat yoldaşından ayrıldığını X sosial şəbəkəsində elan edib.

“Bu, Andrea Cambruno ilə təxminən on il davam edən münasibətimi bitirir. Birlikdə keçirdiyimiz gözəl illərə, keçdiyimiz çətinliklərə və mənə həyatımdakı ən vacib şeyi - qızımız Cinevranı verdiyinə görə ona təşəkkür edirəm”, - Meloni yazıb.

O qeyd edib ki, bir müddət əvvəl yollarını ayırıblar və artıq bunu etiraf etməyin vaxtı çatıb.

Andrea Cambruno jurnalistdir. Bu yaxınlarda o, televiziya verilişlərinin birində davranışına görə qalmaqalın mərkəzinə düşüb. O, zarafatla iştirakçılardan birinə üçtərəfli cinsi əlaqədə olmağı təklif edib.

Bundan əlavə, Cambruno digər mübahisəli açıqlamaları da baş nazir xanımı üçün siyasi skandallara səbəb olub. Məsələn, Andrea gənc qadınların sərxoş olmasalar, zorlamadan qaça biləcəklərini söyləyib, qaçqın köçlərini “heyvan sürüsü” adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər