20 Oktyabr 2023 20:09
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili hücumlarının miqyasını genişləndirməyərək, əməliyyatları dərhal dayandırmağa çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ərdoğan “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

O, bütün dövlətləri və beynəlxalq təşkilatları Qəzzada humanitar atəşkəsin tezliklə bərqərar edilməsi təşəbbüsləri səmimi şəkildə dəstəkləməyə dəvət edib: “Türkiyə daha çox günahsız insanın qanının tökülməsinin, daha humanitar böhranların qarşısını almaq və Fələstindəki münaqişələrin dönüşü olmayan nöqtəyə çatmadan həlli üçün üzərinə düşəni etməyə davam edəcək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər