Fələstinin radikal HƏMAS hərəkatı İsrailə hücum zamanı girov götürülmüş iki ABŞ vətəndaşını azad edib.
Teleqraf.com xəbər verir ki, bu barədə hərəkatın yaydığı məlumatda qeyd olunur.
"Bunu Qətərin səylərinə cavab olaraq etmişik", deyə məlumatda qeyd olunur.
İsrail ordusunun məlumatına görə, Qəzza zolağında HƏMAS tərəfindən saxlanılan girovların təsdiqlənmiş sayı 203-dür.