Oktyabrın 16-da Brüsseldə iki nəfərin ölümü və bir nəfərin yaralanması ilə nəticələnən terror aktına görə Belçikanın ədliyyə naziri Vinsent Van Kukenborn istefa verib.
Teleqraf.com xəbər verir ki, istefaya səbəb 2019-cu ildən Belçikada qeyri-qanuni yaşayan 45 yaşlı tunisli Abdessalem Lassoudun sığınacaq istəməsi ilə bağlı qərar gözləyən terror aktı ilə bağlı aparılan istintaqın ilk nəticələri olub.
O, kəşfiyyat orqanlarında radikal fikirlərinə görə tanınıb. İstintaq zamanı məlum olub ki, 2022-ci il avqustun 15-də Tunis hakimiyyəti cinayət ittihamı ilə əlaqədar onun ekstradisiyasını tələb edib, lakin 14 ay ərzində bu müraciət Belçika Ədliyyə Nazirliyi tərəfindən nəzərdən keçirilməyib.
“Bu, şəxsi, böyük və bağışlanmaz səhvdir. Siyasi məsuliyyəti öz üzərimə götürürəm və istefa verirəm”, - nazir üzə çıxan məlumatlarla bağlı açıqlamasında deyib.