"HƏMAS qruplaşmasının İsrailə hücum etməsindən indiyədək 307 əsgərimiz həlak olub".
Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusunun sözçüsü Daniel Həqari deyib.
Onun sözlərinə görə, radikalların Qəzza zolağından İsrailə atdığı 550-dən çox raket Fələstin anklavı ərazisinə düşüb: “Qəzza zolağına istənilən humanitar yardımın yalnız anklavın cənub hissəsinə çatdırılmasına icazə veriləcək. Qəzzə zolağının şimalındakı 700 minə qədər sakin artıq anklavın cənub hissəsinə köçürülüb”.