21 Oktyabr 2023 16:37
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu səhər Misir Qəzza ilə sərhəddə yerləşən Rəfah keçid məntəqəsini açıb. Xaricilərin təxliyəsi üçün iş aparılacağı gözlənilsə də, humanitar yardım daşıyan 20 yük maşını bölgəyə daxil olub. Daha sonra Rəfah keçid məntəqəsi yenidən bağlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” nəşri xəbər verib.

Yük maşınlarının Misir və Fələstin qapısı arasındakı əraziyə keçməsinə icazə verilib. Onlar yardımı BMT nəqliyyatına yükləməyi və Qəzza zolağına paylanacağı anbarlarına aparmağı planlaşdırırlar.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər