Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, liderlər qarşılıqlı maraq doğuran məsələlər barədə danışıblar. Onlar, həmçinin Yaxın Şərqdəki durumu, o cümlədən İsraillə Fələstin arasındakı hərbi toqquşmanı müzakirə ediblər.