Birləşmiş Millətlər Təşkilatı (BMT) oktyabrın 22-də Qəzza zolağının sakinlərinə humanitar yardımın ikinci partiyasını göndərmək üçün danışıqlar aparır.
Teleqraf.com xəbər verir ki, bu barədə "Al Hadath" televiziya kanalı BMT-nin nümayəndəsinə istinadən bildirib.
Məlumata əsasən, humanitar yardım Misirin Fələstin anklavı ilə sərhədində yerləşən "Rəfah" keçid məntəqəsi vasitəsilə göndərilir.
Qəzzadakı fələstinlilərə yüklü yardımla göndəriləcək avtomobil qatarı 20-30 maşından ibarət olacaq.