16 Yanvar 2015 16:54
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisin qərbində Kolombes bölgəsində yerləşən poçtda iki və ya üç nəfərin girov götürülməsi xəbəri yayılıb.

Teleqraf.com xarici mediaya istinadən bildirir ki, bununla bağlı Fransanın BFM televiziya kanalı məlumat verib. İlkin məlumatlara görə, hadisədə terror şübhəsi yoxdur. Şahidlər isə cinayətkarın Kalaşnikov markalı avtomat, tapança ilə silahlandığını və üzərində bir neçə qumbara olduğunu bildiriblər.

Hadisənin təfərrüatları araşdırılır. Hadisə yerinə onlarla polis cəlb olunub.

Qeyd edək ki, yanvarın 7-də Parisin müxtəlif bölgələrində edilən terror hücumları zamanı 17 nəfər həyatını itirib.

Samir


Müəllif:

Oxşar xəbərlər