ABŞ, Cənubi Koreya və Yaponiya hərbi hava qüvvələri ilk dəfə Koreya yarımadası yaxınlığında üçtərəfli təlimlər keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Təlimlər Koreya Respublikası və Yaponiyanın hava hücumundan müdafiə identifikasiya zonalarının kəsişdiyi ərazidə baş tutub.
Manevrlərdə Yaponiya və Cənubi Koreya qırıcıları, eləcə də nüvə silahı daşıya bilən Amerikanın B-52H bombardmançı təyyarəsi iştirak edib.
“Yonhap”ın məlumatına görə, ABŞ bundan əvvəl Koreya yarımadası ətrafında Yaponiya və Cənubi Koreya ilə ayrı-ayrılıqda təlimlər keçirib.