22 Oktyabr 2023 20:22
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Qəzza zolağı ilə bağlı status-kvoya qayıda bilməz.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Antoni Blinken bildirib. Onun sözlərinə görə, İsrail HƏMAS-ın hücumlarından qaça biləcəyi yeni strategiya üzərində işləməli olacaq.

“Düşünürəm ki, biz iki məsələni başa düşməliyik: Biz status-kvoya qayıda bilmərik və İsrail tərəfi də HƏMAS-ın bundan əvvəl etdiklərini təkrarlaya biləcəyi status-kvoya qayıda bilməz”, - deyə o, bəyan edib.

İsrail Qəzza zolağında yerüstü əməliyyata başlayıb-başlamamağa müstəqil qərar verməlidir. Vaşinqton yalnız məsləhət verə bilər. ABŞ-ın İsraillə mütəmadi olaraq əlaqə saxlayır.

Dövlət katibi əlavə edib ki, İsrailin özünü müdafiə etmək təkcə haqqı deyil, həm də öhdəliyi olsa da, Qəzzada insanlar humanitar yardım almalı və mülki şəxslər qorunmalıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər