İsrail Ordusu təsadüfən sərhəddə Kerem-Şalom rayonunda Misir postunu atəşə tutub.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb.
Qeyd edilib ki, İsrail Ordusunun tankı təsadüfən Kerem-Şalom rayonunda Misir postuna atəş açıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
İsrail Ordusu bununla əlaqədar Misir tərəfindən üzr istəyib.