23 Oktyabr 2023 11:10
5 562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin, Rusiya və İran ABŞ-ın mübarizə aparmalı olduğu yeni şər oxudur.

Teleqraf.com xəbər verir ki, bunu amerikalı senator Mitç Makkonel deyib.

Senator hesab edir ki, dünya heç vaxt olmadığı qədər təhlükə altındadır:

“Təcili addım atmalı, yeni şər oxu – Çin, İran və Rusiya ilə məşğul olmalıyıq. Çünki bu, ABŞ üçün təhlükədir”.

Makkonel Rusiyanı PUA-larla təchiz etdiyi üçün İranı “terrorun əsas sponsoru” adlandırıb. Çini də təcavüzkarları dəstəkləməkdə ittiham edib. Senator xatırladıb ki, Çin lideri Si Cinpin Rusiyanı “əbədi dost” adlandırıb.

Onun sözlərinə görə, ABŞ-ın Asiyadakı müttəfiqləri Yaponiya, Cənubi Koreya və Tayvandır. Senator vurğulayıb ki, Rusiya Ukraynada məğlub olmasa, növbəti hədəfi NATO ölkəsi olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər