HƏMAS qeyd-şərtsiz təslim olarsa, İsrail ordusu müharibəni bitirəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Conatan Konrikus məlumat verib.
“HƏMAS dinc israillilərin altında gizləndiyi yerlərdən çıxsa, girovlarımızı qaytarsa, 212 nəfərin hamısını geri qaytarsa və qeyd-şərtsiz təslim olsa, o zaman müharibə bitəcək”, - sözçü deyib.
Ayrıca, Konrikus Qəzzaya quru hücumunun niyə gecikdiyini açıqlamayıb, əvəzində İsrail qüvvələrinin HƏMAS-ı tamamilə məhv edəcəyini bildirib.