İranın “İslam İnqilabı Keşikçiləri Korpusu” (SEPAH) komandanının müavini briqada generalı Əli Sərdar Fədavi açıq şəkildə İsraili hədələyib.
Teleqraf.com xəbər verir ki, SEPAH generalı lazım olacağı təqdirdə Hayfaya birbaşa raket zərbəsi endirməyə hazır olduqlarını iddia edir.
“Bəziləri praktiki hərəkəti birbaşa Hayfaya raket atmaq kimi görür. Lazım gələrsə, bu, tərəddüd edilmədən həyata keçiriləcək”, - Fədavi bildirib.