HƏMAS hərəkatının İsrailin nəzarətində olan ərazilərə hücumu nəticəsində Böyük Britaniyanın ən azı 10 vətəndaşı həlak olub, altı nəfər isə itkin düşüb.
Teleqraf.com Sky News telekanalına istinadla xəbər verir ki, bu barədə Böyük Britaniya Maliyyə Nazirliyinin nümayəndəsi Viktoriya Atkins deyib.
Onun sözlərinə görə, həlak olanlardan biri hərbçi, ikisi yeniyetmə, biri reyv-festivalının mühafizəçisi, digərləri isə İsrailə istirahətə gələn britaniyalılardır. İtkin düşənlərin HƏMAS tərəfindən əsir götürüldüyü istisna edilmir.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS hərəkatının silahlı qanadı olan “İzzəddin əl-Kassam” briqadasının İsrailin nəzarətində olan ərazilərə hücumlarından sonra Yaxın Şərqdə vəziyyət gərginləşib. İsrail tərəfi HƏMAS-ın hücumuna cavab olaraq Qəzza sektorunda, Livan və Suriyanın ayrı-ayrı rayonlarında əməliyyatlara başlayıb.