“İsrail bütün işğal etdiyi torpaqlardan çıxsa, sülh danışıqları üçün fürsət yaranacaq”.
Teleqraf.com xəbər verir ki, bunu HƏMAS-ın sözçüsü Xalid Məşəl deyib.
O, İsraili Qəzza zolağına hücumları dayandırmağa çağırıb. Məşəl həmçinin nəzarət-buraxılış məntəqəsinin açılması və Qəzzaya humanitar yardımın buraxılması vacibliyinə diqqət çəkib.
HƏMAS-ın sözçüsü vurğulayıb ki, İsraillə sülh danışıqlarının aparılması ehtimalı hələ də var:
“Atəşkəs olsa, İsrail bütün işğal etdiyi torpaqlardan çıxsa, bizim real fürsət pəncərəmiz olacaq”.