24 Oktyabr 2023 16:58
9 385
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan Konstitusiya Məhkəməsi mülki şəxslərin hərbi məhkəmələrdə mühakimə olunmasının konstitusiyaya zidd olduğunu müəyyən edib.

Teleqraf.com xəbər verir ki, məhkəmənin qərarı ilə mülki şəxslərin hərbi məhkəmələrdə mühakiməsi prosesi dayandırılıb.

Yerli mətbuat qərarın demokratiyanın qələbəsi olduğunu yazır.

Keçmiş baş nazir İmran Xana dəstək aksiyalarında saxlanılan 100 nəfərin hərbi məhkəmədə mühakimə olunmasına qərar verilmişdi. Qərar bir çox insan haqları təşkilatları tərəfindən tənqid edilirdi. Bəzi hüquqşünaslar bu qərarın mülki şəxslərin hərbi məhkəmələrdə mühakimə olunmasına zəmin yaradacağını deyirdilər.

Pakistanlı hüquqşünasların son qərarlar bağlı fikirləri isə belədir: “Bugünkü qərar son dərəcə əhəmiyyətlidir və ölkənin konstitusiyasının, hüququnun və vətəndaş institutlarının möhkəmlənməsinə kömək edəcək”.

Mülki şəxslərin hərbi məhkəmələrdə mühakimə olunması qərarını düzgün hesab edən şəxslərdən biri də Ali Məhkəmənin Vəkillər Kollegiyasının keçmiş sədri Əhsan Bondur. O, köhnə qərarın “tamamilə düzgün” olduğunu bildirir.

Bununla belə, hakimiyyətin Xan və tərəfdarlarını hərbi məhkəmələrdə mühakimə etməsinə qarşı çıxanlar da var. Beynələlxalq Əfv Təşkilatı (Amnesty İnternational) məsələyə etiraz edərək bildirib ki, əvvəllər də hərbi məhkəmələr bu işə qarışıb, nəticədə proseslər şəffaflıqdan uzaq olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər