24 Oktyabr 2023 19:47
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ordusu HƏMAS liderlərindən biri olan Abed Əlrəhmanı məhv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

A.Əlrəhmanın HƏMAS-da konkret olaraq hansı vəzifəni icra etdiyi açıqlanmayıb.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.


Müəllif: Teleqraf.com