İran hazırda kəşfiyyat məlumatları ilə HƏMAS-a kömək edir və internetdə İsrail əleyhinə dezinformasiyalar yayır.
Teleqraf.com xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin (SAXAL) sözçüsü Daniel Haqari deyib.
Onun sözlərinə görə, İranın İraq, Yəmən və Livandakı qruplaşmaları Tehranın göstərişi ilə addımlar atır.
“İran müharibədən əvvəl HƏMAS-a təlim, silah, pul və texnoloji vasitələrlə birbaşa kömək edib. İndi İranın HƏMAS-a yardımı kəşfiyyat məlumatları və İsrail dövlətinə qarşı təhrik şəklində davam edir”, - sözçü bildirib.
Haqari həmçinin qeyd edib ki, SAXAL ötən gün Livanda terror qruplaşmasının 5 mövqeyini vurub.