İsrailin keçmiş baş nazir Naftali Bennet baş nazirin müşaviri Saxi Haneqbi Qətərə “həlledici diplomatik səylər”inə görə təşəkkür etdikdən sonra hökuməti tənqid edib.
Teleqraf.com xəbər verir ki, sabiq baş nazir Qətəri “düşmən ölkə” adlandırıb.
“İsrail hökuməti ciddi mənəvi və əməli səhvə yol verir. Qətər humanitar və diplomatik fəaliyyətlər üçün həlledici tərəfdaş deyil. Qətər düşmənin özüdür.
Qətər HƏMAS-İŞİD terror qruplaşmasını maliyyələşdirir, gücləndirir. İsrailin bəyan etdiyi məqsəd HƏMAS-ı məhv etməkdir. Qətərin məqsədi tam əksidir: HƏMAS-ı xilas etmək”, - Bennet bildirib.