Amerika Birləşmiş Ştatlarının cənubunda, Yeni Orlean yaxınlığında 158 avtomobilin toqquşması nəticəsində azı 7 nəfər həlak olub, daha 25 nəfər xəsarət alıb.
Teleqraf.com xəbər verir ki, qəzaya bataqlıq yanğınlarının tüstüsündən qatılaşan “superduman” səbəb olub.
Yaranmış vəziyyət nəticəsində bəzi avtomobillər əzilib, digərləri isə od tutub yanıb. Hadisənin şahidlərinin sözlərinə görə, toqquşmanın gurultusu 30 dəqiqə ərzində davam edib.
Amerikanın “NWS” meteorologiya agentliyinin məlumatına görə, regionda bir neçə su-bataqlıq yerləri hazırda yanğından əziyyət çəkir. Yanğın tüstüsünün dumanla birləşməsi “superduman” yaradır ki, bu səbəbdən də görmə məsafəsi 3 metrədək məhdudlaşıb.