26 Oktyabr 2023 08:00
1 188
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Men ştatının Lyuiston şəhərində qeydə alınan atışma nəticəsində ölənlərin sayı artıb.

Teleqraf.com xəbər verir ki, AR-15 yarımavtomat tüfənglə silahlanmış 40 yaşlı Robert Kard restoran, mağaza və əyləncə mərkəzində insanlara atəş açıb.

Nəticədə 22 nəfər ölüb, 60 şəxs isə yaralanıb.

Hazırda şəhər xəstəxanasında insan axını müşahidə edilir. Polis şübhəli şəxsin axtarışlarını davam etdirir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər