Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında ABŞ-ın təklif etdiyi Yaxın Şərqlə bağlı qətnamə layihəsinə veto qoyub.
Teleqraf.com xəbər verir ki, sənədin lehinə 10 ölkə, əleyhinə Rusiya, Çin və Birləşmiş Ərəb Əmirlikləri səs verib, 2 ölkə isə bitərəf qalıb.
Sənəddə Fələstinin radikal HƏMAS hərəkatının İsrailə hücumu pislənilir, girovların azad edilməsi və beynəlxalq humanitar qanunlara riayət olunması çağırışı yer alır.
Sənəd, atəşkəsə çağırmır, lakin ölkələrin özünümüdafiə hüququnu tanıyır.