Rusiya qüvvələri cəbhənin bütün istiqamətlərində hücuma keçib, son sutka ərzində tərəflər arasında 78 toqquşma qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Ən şiddətli döyüşlər Marin istiqamətində olub, Ukrayna ordusu bu istiqamətdə qarşı tərəfin 20-dən çox hücumunu dəf edib. Rusların Kupyan, Baxmut və Liman istiqamətlərindəki hücumları da dayandırılıb.
Eyni zamanda, Ukrayna qüvvələri Baxmutun cənubunda hücum əməliyyatlarını davam etdirir, tədricən irəliləyir.
Rusiya ordusu Avdiv şəhərini mühasirəyə almaq cəhdlərini dayandırmır. Rusların Stepovoy, Avdiv, Tonenkoy, Severnıı ərazilərində keçirdiyi hücum əməliyyatları nəticəsiz qalıb.
Ukrayna hərbçiləri Şaxtyor və Zaporoje istiqamətlərində Vodyanı, Novoukrayinka, Staromayorsk və Vervovi rayonlarında bütün hücumları dəf ediblər.
Eyni zamanda, Ukrayna müdafiə qüvvələri Melitopol istiqamətində hücum əməliyyatını davam etdirir.