“İsraillə döyüşlər hələ başlamayıb”.
Teleqraf.com xəbər verir ki, bunu HƏMAS liderinin müavini Saleh əl-Aruri deyib.
O, HƏMAS rəhbərliyinin “Hizbullah”la daimi əlaqədə olduğunu söyləyib. Arurinin sözlərinə görə, “Hizbullah” lideri Həsən Nəsrullahla oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu günü görüşüb.
“Bizim döyüşümüz həm də “Hizbullah”ın döyüşüdür”, - Aruri əlavə edib.
HƏMAS rəsmisi quru qoşunlarını Qəzzaya yeritməyə hazırlaşan İsraili hədələyib:
“Düşmən qurudan girərsə, bu (İsrail üçün) görünməmiş məğlubiyyət olacaq”.
Onun iddiasına görə, İsrailin Qəzzaya endirdiyi zərbələrə baxmayaraq, HƏMAS döyüşçüləri yaxşı vəziyyətdədir.
Əl-Aruri “Hizbullah” lideri ilə son dəfə dünən bir araya gəlib, Beyrutda (Livan) baş tutan görüşə “İslami Cihad” Hərəkatının rəhbəri də qatılıb.