26 Oktyabr 2023 19:47
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

HƏMAS-ın nümayəndə heyəti Moskvada Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşüb.

Teleqraf.com xəbər verir ki, görüş zamanı Qəzza bölgəsindəki vəziyyət müzakirə olunub.

Görüşdə HƏMAS-ın nümayəndə heyəti Rusiya Prezidentinin mövqeyini və Rusiya diplomatiyasının səylərini yüksək qiymətləndirib.

Qeyd edək ki, HƏMAS-ın nümayəndə heyəti bu gün Rusiya paytaxtına səfər edib. Nümayəndə heyətinə HƏMAS Siyasi Bürosunun üzvü Əbu Mərzuk başçılıq edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər