17 Yanvar 2015 03:37
822
12 Punto 14 Punto 16 Punto 18 Punto
Afrika İttifaqına üzv dövlətlər bir neçə Afrika ölkəsi üçün başağrısına çevrilmiş terrorçu "Boko Haram" təşkilatına qarşı birgə hərbi əməliyyat keçirmək qərarına gəliblər. Məqsəd bu qeyri-qanuni hərbi-siyasi qruplaşmanı mümkün qədər tez zərərsizləşdirmək, qitədə sülhü, asayişi bərpa etməkdir.

Teleqraf.com-un "Reuters" agentliyinə istinadən məlumatına görə, bu fikirləri Qananın prezidenti Con Maxama səsləndirib.

Onun sözlərinə görə, əməliyyat başlanandan bir müddət sonra Afrika İttifaqı BMT-yə hərbi dəstək üçün müraciət etməyi planlaşdırır.

Xatırladaq ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır.

2013-cü ilin mayında Nigeriyanın prezidenti Qudlak Conatan ölkədə fövqəladə vəziyyət elan edərək “Boka Haram” qruplaşmasına qarşı hərbi əməliyyatın başlanmasını bəyan edib.


Müəllif:

Oxşar xəbərlər