27 Oktyabr 2023 08:28
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Co Baydenin əmrilə ABŞ hərbi qüvvələrinə qarşı silsilə hücumlara cavab olaraq Suriyada İran hədəflərinə zərbələr endirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Pentaqonun saytında məlumat verilib.

Rəsmi Vaşinqton vurulan iki obyektin İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli olduğunu bildirib.

Pentaqon rəhbəri Lloyd Ostinin sözlərinə görə, zərbələr Fələstin-İsrail münaqişəsi ilə bağlı deyil.

17 oktyabrdan Suriya və İraqda ABŞ hərbçilərinə qarşı silsilə hücumlar təşkil olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər