İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Qəzzaya hava zərbələri nəticəsində HƏMAS-ın batalyon komandiri Mədhət Mübaşir məhv edilib.
Teleqraf.com xəbər verir ki, SAXAL Mübaşir HƏMAS-ın snayper qüvvələrindən və İsrailə qarşı istifadə olunan iri partlayıcı qurğuların saxlanılmasından və istifadəsindən cavabdeh olub.
Müdafiə Qüvvələri bildirir ki, son sutka ərzində Qəzza zolağında HƏMAS-ın hədəflərinə 250-dən çox zərbə endirilib. Hədəflər arasında HƏMAS-ın tunelləri, komanda mərkəzləri, raket mövqeləri və canlı qüvvələri var.